“İlin müəllimi”-nin həyəcan təbili


“İlin müəllimi”-nin həyəcan təbili Əgər repetitoruq olmasa, ali məktəblərə bir nəfər də məzun verə bilmərik.

Çox vaxt eşitmişik ki, mükafat alan şəxs yuxarılara ağızdolusu təriflər yağdırır. Bir çox mükafatçıları yüksək savadı olsa da, onlarda ciddi cəsarətsizlik problemi yaşanır. 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olmuş Cəlilabadakı Göytəpə şəhər V.Mürsəlov adında 1 nömrəli tam orta məktəbinin müəllimi Zaur Ələkbərov bu ənənəni pozub, necə deyərlər çoxların bir cəsarət dərsi keçib. O, “AzPolitika.info” saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova Açıq Məktub yazıb. Cəlilabad rayonunun təhsil məmurlarından şikayət olunduğu məktubu kiçik ixtisarla sizə təqdim edirikr:
“Hörmətli cənab Nazir!
...Əvvəlki Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri təhsildə olan qanunsuzluqları dilə gətirənləri heç bir müxalif partiyanın üzvü olmasalar belə, “müxalifətçi” damğası ilə susdurub, aldığı rüşvətləri isə o zamankı təhsil naziri Misir Mərdanovun əmri ilə etdiyini deyərək, sığortalanırdı. Artıq hamı bilirdi ki, məktəblərdə direktorlar RTŞ-dən asılı olduğu üçün, bu qanunsuzluqlar baş verir.
Yeni təyin olunmuş RTŞ müdiri gəldiyi gündən müəllimlərdən aylıq əmək haqqından “yuxarılara” faiz və qəzet pulu tələb etmədi. Amma…
Siz, təhsil naziri təyin olunduqdan sonra təhsil sahəsində islahatlar aparılacağına, müəllimin itmiş nüfuzunun bərpa ediləcəyinə inamımız yarandı. ...Amma çox təəssüflər olsun ki, nazirliyimizdə savadlı kadrların iş başına gətirilməsinə baxmayaraq, rayonlarda nəyəsə görə savadsız, səriştəsiz və ixtisası ilə uzlaşmayan insanlar vəzifə alır. Təbii ki, bu vəziyyətdə aparılan islahatların səmərəsi olmayacaq.
...Cənab Prezidentin göstərişi ilə, ibtidai siniflərdə şahmat dərslərinin keçirilməsinə başlanılıb, lakin bu gün bizim məktəblərdə şahmatdan anlayışı olmayan müəllimlər bu dərsi tədris edir. Mətbuatdan məlumatlı olmasaydıq, “Qarabağ Tarixi” məktəbimizdə tədris edilməyəcəkdi. Hətta bu gün də rayonumuzda bir çox məktəblər bu dərsdən xəbərsizdir. Rayon məktəblərində vəziyyət o qədər acınacaqlıdır ki, əgər repetitoruq olmasa, ali məktəblərə bir nəfər də məzun verə bilmərik.
...Məktəbdən şikayət olduqda isə bu cür müəllimlər təbii ki, mövcud vəziyyətin müdafiəçisi olacaqlar. Məhz bu kimi səbəblərdən müəllimlərin cəmiyyətdə hörməti azalır və dövlətin təhsilə ayırdığı bu qədər pullar kimlərinsə cibinə axır, dövlət məktəbləri nüfuzunu itirir. Nəticədə orta təbəqənin insanları təhsil alır, imkansız ailələrin uşaqları isə gələcəklərinə ümidsiz baxırlar.
Cəlilabad RTŞ-nin bəzi işçiləri əraziyə tabe olan məktəblərə yalnız “haqq” almaq məqsədi ilə gəlirlər. Qış mövsümü başlayandan birinci dərslər soba yandırmaqla, o biri dərslər isə tüstü dolmuş sinifləri müşahidə etməklə keçir. Əlbəttə, bu cur vəziyyət əgər sinfin odunu, yanacağı varsa, yaranır. Əks-halda günümüz titrəyə-titrəyə vaxtı keçirməklə bitir.
Əmək Məcəlləsinin tələbləri gözlənilmir, əksinə müəllim və şagirdlərin sağlamlığı təhlükə altına alınır. Məktəb direktorları daxil olmaqla, təhsil rəhbərlərinin çoxu onlara aid olan əmək funksiyalarını, demək olar ki, bilmir və öyrənmək iqtidarında da deyillər. Belə olduğu halda, onların gücü nəinki dərsi təhlil etməyə, hətta hansısa pedaqoji, psixoloji və metodik mövzulardan söhbət etməyə belə çatmır. Müəllimlərin etik davranış qaydalarının tələblərini kobud şəkildə pozurlar. Qəsdən və ya bilməməzlikdən vəzifə səlahiyyətlərini aşaraq, cinayət törədirlər. Bu və ya digər neqativ faktları kifayət qədər uzatmaq olar.
Hörmətli Mikayıl müəllim!
Düşünürəm ki, bu faktların başında duran təhsil rəhbərlərinin savadsızlığıdır. Savadsız təhsil rəhbərləri dəyişilsə, bir çox problemlər ortadan qalxar. Cəmiyyətin təhsil rəhbərləri savadsızdırlarsa, onların yetişdirdiyi gənclikdən heç nə gözləmək olmaz.”
Şərhlər (3)
Oqtay Təhsil şödə müdirləri düzgün yol tutudlar mümkün qədər özün öz qocalığını təmin etməyə çalışmalısan. Mən ali savadlı qırmızı diplomlu 45 il stajım var.İşimdə əvəz etməyə mütəxəssiz olmaya olmaya pensiiya yaşıma görə işdən çıxartdılar hərçən müdir çıxartmaq istəmirdi (sağ olsun) və mən indi 198 man nesiya alıram və 500 mandan birdən dirə 198 manat get yıxıl öl deməkdir.İndi neçə aydir o yerdə heç kim işləmək istəmir boş qalıb onun üçün düz edirlər

Oqtay Sənin yaxşı müəllim olmagın heç kimi maraqlandırmır neçə işləməyindən asılı olmayaraq pensiyanı pis işləyənlərdən az alacaqsan ki çox yox buda sənin qiymətin

Fariz Qardashlar ozunuzu yorub bu barede tehsil nazirliyine yazmayin. Men shexsen nazirin qebulunda olmusham ve oz regionumuzda bu kimi qanunsuzluqlarin bash alib getdiyi barede melumat vermishem. Nazir ise bol-bol soz verdi ki, arashdirib size de melumat vereceyik. O vaxtdan bir ilden cox kecmesine baxmayaraq hele de hec bir xeber yoxdu. Shikayet etdiyim yirticilar ise hele de oz yirtiliciqlarini davam etdirirler. Budu realliqR4suloffR4suloff

OXUNMA SAYI :724

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff