Doğma və ögey dərslər


Doğma və ögey dərslər Adı mənfi emosiya doğursa da “ögey dərslər” çoxlarının çörək ağacıdır
Həmişə ögey və doğmalıqdan söz düşəndə ailədəki ögey analar, doğma və ögey övladlar arasında umu-küsülər, münaqişələr yada düşürdü. Sonradan iqtidar-müxalifət söhbətləri geniş yayılan günlərimizdə iqtidarın müxalifətçilərə düşmən gözü ilə baxan cəmiyyətlərdə də insanları doğmalara və ögeylərə bödülər. Daha doğrusu, iqtidardakılar, onlara meyillənənlər, yarınanlar doğma, müxalifətçilər, düz söz deyənlər, özün müstəqil aparanlar ögeylər sayıldı.
Son illərin təcrübəsi isə göstərir ki, bu ögey və doğmalar təkcə insanlar arasında yox, orta məktəbdə keçilən dərslər arasında da var imiş. Elə bu kiçik yazıda da həmin mətləbə toxunmaq istəyirik. Bir neçə ümumtəhsil məktəblərinin fəaliyyətinə ötəri nəzər salmaq kifayətdir ki, bu ürək ağrıdan mənzərənin şahidi olasan. Yəni, ümumtəhsil məktəblərində tədris edilən dərslərin də ögey-doğmaları var. Belə ki, hansı fənlər ali məktəbə qəbul zamana imtahan edilir (Riyaziyyat, fizika, kimya, tarix, ədəbiyyat, Azərbaycan və xarici dillər, coğrafiya və sair) bunlar doğma dərslərdir. Yerdə qalan dərslər olub ögey dərslər. İndi isə sizi həmin ogey dərslərlə tanış edirik – iqtisadiyyatın əsasları,
insan və cəmiyyət,
İnformatika,
Azərbaycan Konstitusiyası,
musiqi,
rəsmxət və sair.
Bu ogey dərslərin başqa “türfə” əlamətləri də var. Belə ki, belə dərslər təkcə şagirdlər üçün yox, bəzi müəllimlər üçün də ögey, həm də çörəkli dərslərdir. Belə ki, bu “ögey” dərslər əsasən məktəblərdə axırıncı - 5-6-cı saatlara salınır. Bu da bəllidir ki, əksər məktəblərdə 5-6-cı saatlar keçirilmir. Deməli, bu dərslərin pulu da, bəzilərinə mükafat kimi verilir.
Sual oluna bilər ki, bəs təhsil şöbəsinin nəzarətçiləri, yaxud məktəb rəhbərləri bu məsələyə necə nəzarət edir. Necə deyərlər, suala cavab olaraq bildirir ki, bu “ögey” dərslərlə elə həmin “nəzarətçilər” mükafatlandırılır. Belə ki, keçilməyən bu dərslərin tədrisi həmin şəxslərə tapşırılır.
Bəs şagirdlərin bu “ögey” dərslərə münasibəti necədir? Belə fənlərin tədris edildiyi tək-tük məktəblərdə yaxşı və əla oxuyan şagirdlər açıq-aydın deyir ki, müəllim, bu fənlər imtahana düşmür, müəllim yanına gedirik, onu oxumağa vaxtımız yoxdur. Bir az yuxarı siniflərdə uşaqlar heç bu dərslərə girmirlər. Yerdə qalan “zəif”lərin də bir çoxları bu dərsləri dərk etmək gücündə deyil.
Digər məqamlar da var. Nəzərə alsaq ki, “İqtisadiyyatın əsasları” təkcə orta məktəbdə yox, ali məktəblərdə də çətin dərslərdən sayılır. Amma 5 ildən artıqdır ki, bu dərslik çap olunmur. 2009- ci ildə çap olunmuş “İqtisadiyyatın əsasları” kitabının (həm də bu dərslik pulludur) dili də elə ağırdır ki, o, ogey yox, doğma olsa belə, uşaqların onu mənimsəməsi çətindir. Həm də bu fənn tədris edə biləcək peşəkar müəllimlər də çox deyil.
Bu “ogey” dərslərin bir çətinliyi də odur ki, onların tədrisində yeni formalardan istifadə olunmur. Uşaqlar 6 il musiqi dərsi keçir, sonda müəllim olur ki, onların əksəriyyəti bir mahnını sonadək oxuya bilmir. Çünki kimi mahnının sözlərini bilmir, kimi də mahnını müşayiət etməyə musiqi aləti tapmır. Halbuki, indi koraoke deyilən bir sistem var. Deməli, sadəcə mikrofonu əlinə tutursan, ekranda mahnının sözləri yazılır, onunla da paralel mahnının sözsüz musiqisi gedir. Buyur, oxu. Görəsən, indi kifayət qədər texniki imkanları olan məktəblərin hansında koraoke sistemindən istifadə olunur? İnanırsınız ki, musiqi dərsi belə formada keçirilsə, şagirdlər o dərsə maraq göstərməyə? Doğma və ögey dərslər
İnformatika dərsləri də həmin “ogey” dərslər sırasındadır. Çünki məktəbdəki kompüterlərin əksəriyyəti ya vecsiz haldadır, ya salamatları böyüklərin evindədir, ya da uşaqların üzünə bağlanan sinif otaqlarında. Bu fənni tədris edənlərin qeyri-peşəkarlığın da bura əlavə etsək, məsələ aydınlaşar.
Beləliklə, məktəblərdə doğma dərsləri öyrənənlər repetitor yanına qaçır, ogey dərslər də Allahın ümidinə qalır. Faktiki dərsləri bu gündə olan məktəblərdə hansı dərsdənkənar məşğələlərdən, kitabxanaya gedən şagirdlərdən, nə bilim laboratoriyalardan və sairdən danışmaq olar?
Bax, təhsilimiz beləcə çürüyür. Təhsilin səviyyəsi aşağı düşdükcə, bu sahəyə rəhbərlik edənlərin maşınları, imarətləri böyüyür. İndi demirlər ki, təhsil şöbəsinin filan işçisi təhsildə hansı yenilik etdi, hansı qabaqcıl təcrübənin
müəllifidir. Deyirlər ki, filan təhsil başqanının yaxşı ferması, yaxşı apteki, yaxşı dükan-bazarı var. Hər ay məktəblərdən müxtəlif adlar altında nəzir-niyaz yığılır, məktəblər adi ehtiyacları ödəmək üçün aylarla çabalayır, amma bəzi təhsil başqanlarının özünün və övladlarının maşınlarındakı “zerkalnı” nömrələr göz deşir. Hansı ki, həmin güzgülü nömrələrin puluna (biri 4-5 min manatdır) bir-iki ortabab maşın almaq olar. Nə qədər ki, adicə bir sinfə rəhbərlik etməyi bacarmayan qoyun, keçi, ala-bula dana alverçiləri təhsilə rəhbərlik edəcək, təhsilimiz belə iyrənc gündə olacaq və ikrah doğuracaq.
SərrafR4suloffR4suloff

OXUNMA SAYI :945

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff