Uğur Tədris Mərkəzi


Uğur Tədris Mərkəzi Yeni tədris ili üçün şagirdlərin qəbuluna
start verdi!
Bəs əlaçılar necə mükafatlandırılacaq?


Məlum olduğu kimi ötən dərs ilindən başlayaraq Masallı rayonunda “Uğur” Tədris Mərkəzi fəaliyyət göstərir. Burada şagirdlərin ixtisas qruplarına uyğun ali məktəblərə hazırlanması ilə yanaşı onların dünyagörüşü tərbiyəsinə də ciddi diqqət yetirilir. Maraqlı insanlarla görüşlər, ekskursiyalar və sair belə tədbirlərdəndir.
Şagirdləri biliklərə daha yaxşı həvəsləndirmək üçün Tədris Mərkəzi həvəsləndirmə tədbirlərinə geniş meydan verir.
Bu günlərdə məktəbdə keçirilən tədbir də bu qəbildən olan işlər sırasındadır. Belə ki, II- X siniflərin hər birindən ən yaxşı oxuyan şagird (cəmi 9 nəfər) bir il müddətinə ödənişsiz təhsil almaq şansı qazandı. Daha dəqiq desək, qaliblərə ödənişlərlə bağlı aşağıdakı faizlərlə güzəştlər elan edildi:
1-ci yer üçün 100%(faiz),
2-ci yer üçün 50%(faiz),
3-cü yer üçün 20 %(faiz).

Təyin olunmuş yerləri tutan şagirdlərin valideynləri bu günlərdə kursa dəvət olunaraq Tədris Mərkəzinin direktoru Tural İsayev başda olmaqla, idarə heyyətinin üzvləri tərəfindən təbrik olunublar.
Valideyinlərin bu Tədris Mərkəzinə marağını nəzərə alaraq bəzi məqamlara aydınlıq gətirmək istəyirik.
Uğur Tədris Mərkəzinə qeydiyyat nə vaxta qədər davam edəcək?
-Uğur Kurslarında təhsil almaq istəyən şagirdlərin qeydiyyatı 01 may- 01 iyul tarixinə qədər davam edəcək.
May ayının 1-dən 30-dək qeydiyyatdan keçən hər şagirdə təhsil haqqında 10% güzəşt ediləcək.

Uğur Tədris Mərkəzində hansı siniflər üzrə təhsil almaq olar?

 Məktəbəqədər
 Ibtidai siniflər
 V,VI,VII,VIII,IX,X-XI siniflər üzrə.
Təhsil Mərkəzində təhsil haqqı ilə bağlı hansı güzəştlər tətbiq olunur?
 Bir ailədən 2 uşaq qəbul olunarsa - 20%
 Şəhid ailələrindən olan uşağa -20%
 Qarabağ əlillərinin uşaqlarına - 30%
 Həmçinin kursun daxili imtahanlarında hər ay I yer tutan şagirdlər növbəti ay ödənişdən azad edilir.
 Kurs üzrə ən yüksək nəticə toplayan (9-11) siniflər üzrə şagirdə əlavə pul mükafatı verilir.
 Bura qəbul olunan şagirdlər nə qədər təhsil haqqı ödəməlidir?
 məktəbəqədər, ibtidai siniflər - 40 AZN (3 fənn)
v-vı siniflər – 70 AZN (3 fənn)
vıı sinif – 80 AZN (5 fənn)
vııı-ıx siniflər – 90 AZN (5 fənn)
x sinif – 110 AZN (5 fənn)
XI sinif – 140 AZN (5 fənn)
UŞAQLARINIZI BİZƏ ETİBAR EDİN!!!

Ünvanımız: Masallı rayonu, Talıışxanov küçəsi, Dəfinə Liseyinin yanı, Köhnə “Yaşıl Aptek”in binası.
Əlaqə telefonları: 21-5-52-94, 055-490-43-80, 055-630-44-27.R4suloffR4suloff

OXUNMA SAYI :1534

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff