Regional Maliyyə Hesablaşma Mərkəzi nələr vəd edri?


Regional Maliyyə Hesablaşma Mərkəzi nələr vəd edri? Doğrudanmı, təhsil sahəsində sümükləşən nöqsanlara - müəllimlərdən, direktorlardan müxtəlif adlarla pul alınmasına, xadimə “biznesinə”, yalançı kurslara görə pul silinməsinə və digər neqativ hallara son qoyulacaqmı?

Son vaxtlar bir sıra nazirliklərin, eləcə də regionlarda bəzi qurumların birləşməsi haqqında rəsmi və qeyri-rəsmi məlumatlar reallaşmağa başlayıb. Belə ki, Əhalinin Sosial Müdafiə Mərkəzləri DSMF ilə, mədəniyyət şöbələri regionlar üzrə birləşir və sair. Bu “birlşənlərdən” biri də Təhsil Şöbələrinə aiddir. Hələ 2014-cü ilin sonunda ölkə başçısının sərəncamı olmuşdu ki, təhsil şöbələri 15 ərazi əsasında birləşdirilsin. Bu bölgüyə əsasən Cəlilabad, Masallı, Yardımlı rayonlarının Masallı mərkəz olmaqla, Lənkəran, Lerik və Astara rayonlarının Astara mərkəz olmaqla bir məkanda birləşməsi nəzərdə tutulmuşdu. Artıq bu sahədə ilk addımlar reallaşır. Belə ki, həmin 15 ərazi üzrə öncə təhsil şöbələrinin Mərkəzi Mühasibatlıları birləşdirilir. Cənub bölgəsində belə mühasibatlıqlardan 3-ü - Yardımlı, Cəlilabad və Masallı rayonlarınını təhsil şöbələrinin mühasibatlıqları Masallı mərkəz olmaqla bu rayonda fəaliyyətə başlayıb. Həmin qurumun rəhbəri Ehtiram Muxtarovla (Masallı rayonunun Təzə Alvadı kəndindəndir. Bundan əvvəl Lənkəran və Masallı rayonlarında regional Əmək Müfəttişliyinin rəisi vəzifələrində çalışıb) görüşüb qurumun fəaliyyəti ilə bağlı aşağıdakı məlumtları ala bildik. Onunla apardığımız söhbəti sizə təqdim edirik.

- Təhsil Nazirliyininm müvafiq əmrlərinə uyğun olaraq artıq bu ilin may ayından 15 regionda, o cümlədən Masallıda Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlayıb. Bu birləşmədə əsas məqsəd nədir?

- Bu birləşmədə başlıca məqsəd təhsil sistemində lüzumsuz xərclərin, maliyyə əməliyyatlarında neqativ halların aradan qaldırılması və daha səmərəli iş metodlarına nail olmaqdır. Hazırda 3 rayonun təhsil şöbələrindəki mühasibatlıqlarda 40-a yaxın işçi çalışır. Bu il üçün ixtisarlar gözlənilmir. Amma yeni ildən, konkret desək, araşdırmalarımızdan sonra, həmin 40 nəfərin təxminən yarısı ixtisar ediləcək. Əvvəlki mərkəzi mühasibatlığa rəhbərlik edənlər hazırda yeni qurumda adi mühasib kimi fəaliyyət göstərir. Biz isə yeni quruma bir müavin və texniki işçi götürmüşük. Bundan sonra Masallı mərkəz olmaqla fəaliyyət göstərən 3 rayonun təhsil şöbələrinə aid bütün mühasibatlıq işləri, eləcə də materialların alınması, tikinti və sair işlər bu mərkəz vasitəsi ilə həyata keçiriləcək. Hələ ki, hər rayonun özündə mühasibatlıq var, lakin onları bizim rəhbərliyimiz altında fəaliyyət göstərəcəklər.

- Bu aydan fəaliyyətə başlayan Maliyyə Hesablaşma Mərkəzlərinin yerli Təhsil şöbələrindən asılılığı hansı səviyyədə olacaq?

- Onlardan heç bir asılılığımız yoxdur və olmayacaq. Bizim onlarla texniki əlaqəmiz olacaq. Yəni, onları tərtib etdiyi tabellər əsasında əmək haqqı hesablayacağıq. İşimiz isə təkcə tabelləri toplamaq deyil, vaxtaşırı monitorinqlər keçirəcəyik. Araşdırcağıq ki, harada lüzumsuz xərclərə yol verilir, büdcə xərcələri səmərəli şəkildə xərclənir, ya yox. Gərəksiz ştatlar, necə deyərlər, “ölü canlar” var, ya yox.

- Bu birləşmə dövlətə, təhsil sisteminəi nə verəcək?

- Qısa zamanda nəticə çıxartmaq olmaz. Başlıca məqsəd yuxarıda dediyim kimi, lüzumsuz xərcləri və təhsilin maliyələşməsində neqativ halları aradan qaldırmaqdır. Bu işin konkret detallarını yaxın vaxtlarda hamı hiss edəcək.

- Tez-tez belə məlumatlar dolaşır ki, müəllimlərdən haqq alınır (hər müəllimdən əmək haqqının 7 faizi həcmində), direktorlar aylıq verir, məktəblərdə saxta kurslar adı ilə pullar silinir, attestat vermək bir rüşvət mənbəyinə çevrilib, laboratoriyalar, dərsdən kənar məşğələlər, xəstə uşaqlara təhsil və sair adlar altında külli miqdarda pullar mənimsənilir. İndi güman etmək olar ki, belə halların qarşısı alınacaq?

- Biz vaxtaşırı monitorinqlər aparacağəq. Belə hallar aşkarlansa, yəqin ki onların qarşısını almaq üçün təsirli tədbirlər görəcəyik.

- Bu mərkəzin keçirdiyi monitorinqlərin nəticələri barədə əhali vaxtaşırı məlumatlanacaqmı, yaxud təhsildə vaxtaşırı aparılan, lakin nəticəsi heç kəsə bəlli olmayan “frontal yoxlamalar” kimi hər şey qapalı olacaq?

- Bizim tabe olduğumuz nazirlik var-Təhsil Nazirliyi. Apardığımız monitorinqlərin nəticəsini nazirliyə təqdim edəcəyik. Araşdırılacaq, dəqiqləşdiriləcək, hansı məlumatların yayılmasa məqsədəmüvafiq sayılacaqsa, o da yayılacaq.
Qeyd: Son məlumat isə ondan ibarətdir ki, Ehtiram müəllim Masallıda məktəb direktorları ilə görüş keçirdib. Bəyan edib ki, hər şey şəffaf olacaq. Saxtakarlığa yol verənlər cəzalandırılacaq. Həmçinin məktəb direktorlarına bu qrumun nümayəndələri ilə təmasda olmaq qadağan edilib. Görüşdəki söhbətdən belə bəlli olub ki, hətta qəzet pulu və digər pulluyığma əməliyyatların da tam könüllülük prinsipi tətbiq olunacaq.

Hələlik, söhbəti beləcə xoş notlarla yekunlaşdırdıq. Minlərlə müəllim isə ayın sonunu gözləyər - görəsən, təhsil sahəsində sümükləşmiş nöqsanların hansı darmadağın olacaq. Yəni, toplananların yerin dəyişşəndə çəm dəyiəşəcəkmi?

Hazırladi: Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :4335

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff