Müəllimlərin konfransı-nöqsanlardan çox danışıldı, lakin günahkar bilinmədi


Müəllimlərin konfransı-nöqsanlardan çox danışıldı, lakin günahkar bilinmədi
Müəllimlərin konfransı-nöqsanlardan çox danışıldı, lakin günahkar bilinmədi
Uzun illər idi ki, mən rəsmi tədbirlərə dəvət olunmurdum. Bu dəfə, nə fikirləşmişdilərsə, məni də Masallı müəllimlərinin 7 avqustda keçirilən konfransına dəvət etmişdilər.

2 saata yaxın davam edən tədbir 5 bağça yaşlı uşağın qışıqra-qışqıra dediyi təbriklə başladı. (Düzünə qalsa, bu təbrik bu rəsmi tədbirə yamaq kimi görsəndi və necə deyərlər, alınmadı. Bunun əvəzinə xüsusi istedadlı müəllimlərin və şagirdlərin ifaçılığı ilə kiçik bir konsert olsa idi, məncə daha yaddaqalan olardı).
Tədbirdə ən çox xoşuma gələn çıxışların çox qısa olması idi. 18 dəqiqəyə 5-6 nəfər çıxış etdi. Ən qəribəsi isə o oldu ki, bu çıxışlarda hamı öz uğurlarından danışdı-nə təklif deyən oldu, nə nöqsan bildirən.
Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun 30 dəqiqəlik məruzəsi rəqəmlərin təhlilinə, müqayisəsinə həsr olundu. Yaxşı işlər sırasında 33 nəfərin 600-dən yuxarı, 100-ə yaxın məzunun 500-dən yuxarı bal toplaması, ali məktəbə daxil olan qızların sayının nəzərəçarpacaq dərəcədə artması, 3 ildə rayonda onlarla məktəbin tikilməsi, təmir olunması və sair işlər sadalandı.
Haşiyə: Nədənsə uğurlardan söz düşəndə çoxları bunu təhsil işçilərinin, məktəbin adı ilə bağlamaq istəmir. Deyirlər, ən çox uğur qazananlar məktəbə yox, evdə dərs deyən müəllimin yanına gedən şagirdlərdir. Təhsildəki nöqsanlardan söz düşəndə (xadimə biznesi, qəzet pulu, əmək haqqından tutmalar, kadr işində rüşvətxorluq və s.) isə birbaşa günahkar təhsil şöbəsi və məktəb rəhbərliyi olur. Düzü, bu yanaşmaya haqq qazandırmamaq çətindir.
Konfrans elə də yorucu olmadı. Konfransın açılışı, gedişatı və bağlanışı bəzi nöqsanlardan xali olmasa da, bunu təzə müdirin təzəliyinə bağışlamaq olar. Təhsil nazirliyinin konfransa gələn təmsilçisinin çıxışını isə bu tədbirdə ən pis, yorucu çıxış adlandırsam, çətin ki, məni qınayan az olar. Nazirliyin rəsmisi və digər rəsmilər nələri deməli idi, lakin demədi? Bu barədə bir qədər sonra bəhs edəcəyəm.
Nəhayət, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun çıxışı barədə.
Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də deməliyəm ki, tədbirdə ən maraqlı, yadda qalan çıxış (mövcud oyun qaydaları çərçivəsində), təhsillə bağlı orijinal yanaşmalar icra başçısının çıxışında oldu.
İcra başçısı azsaylı şagirdi olan, yararsız binada yerləşən məktəbələri təmir etməyin effektli olmadığını söylədi. Bildirdi ki, belə məktəbləri təmir etməkdənsə, avtobus alıb, onları qonşu məktəblərə daşımaq daha sərfəlidir.
R. Hüseynov həmçinin Masallı Regional Dovlət Kollecinin uğurlarından danışdı. Bildirdi ki, yaradıldığı qısa müddət olsa da, qəbul planını ən yüksək göstəricilərlə başa vurub. Həm də bura yüksək bal yığan masallılı qızlar daha çox qəbul olunub. Bu məktəb bəzi əyri-üyrü işlərdən də uzaqdır.
İcra başçısı Rafil Hüseynov cənabları Masallı təhsilindəki uğurları özünəməxsus şəkildə sadalasa da, nöqsanların üzərində daha çox dayandı.
Bildirdi ki, qısa araşdırma nəticəsində rayon məktəblərində ondan artıq yalançı sinif, saxta diplomlarla, saxta müqavilələrlə işləyən yüzlərlə müəllim aşkarlanıb. Bərbad vəziyyətdə olan Bala Kolatan məktəbi gözəl nəticələr əldə etsə də, müasir tələblər səviyyəsində inşa edilən Yelağac tam orta məktəbində müəllim, uşaq tapmaq çətin məsləyə çevrilib.
Bizim qeyd
: saxta sinif, saxta diplom, saxta müqavilə, saxta kurslar, dərs keçilməyən məktəb...-bütün bunlar 100 min manatlarla, bəlkə də milyon manatlarla pul deməkdir. Kimdir bu saxtakarlıqları edən? Adı, vəzifəsi nədir? Sabiq Təhsil Şöbə müdiri Astan İbişov və digər günahkarlar konfrans iştirakçıları arasında olsa da, kimsə bu nöqsanlara, saxtakarlıqlara görə onlara irad bildirmədi.
Sual olunur, yeni təhsil şöbə müdiri bunları görüb niyə də saxtakarlıq etməməlidir? Başdan ayağa pul “kisəsi” olan təhsil şöbəsinin imkanlarından niyə də faydalanmamalıdır? Əvvəlkilərə nə etdilər, nə cəza verdilər ki, ona nə etsinlər?
Qısası, tədbirdə deyiləsi çox sözlər deyilmədi. Nə icra başçısına, nə Təhsil Nazirliyinin nümayəndəsinə, nə təhsil şöbəsinin müdirinə bir nəfər də olsun sual vermədi, təklif irəli sürmədi. İllərlə ali məktəbə tələbə verə bilməyən məktəb rəhbərləri tənqid hədəfi olmadı.
Elə sadəcə bir təhlil aparsaydılar, görərdilər ki, dünyanın elekton aləmdə meydan şüaladığı vaxtda 99 məktəb direktorunun necəsinin elektron ünvanı, sosial səhifədə yeri var. Məktəblərdəki yüzlərlə kompüterin neçəsi işləyir, neçəsi işləmir? Laboratoriyaların, kitabxanaların neçəsi işləyir, dərsdənkənar məşğələlərin izin-tozun görən varmı? Suallar birmi, ikimi?
Son qeyd: Bizim təzə müdir Tariyel müəllim də qəribə adamdır e - meni bu tədbirə niyə çağırırdınız ki, mən də bunları görüb, yazıb, özümün də, sizin də qanınızı qaraltdım.
Sonda beynimə bir qəribə təklif gəldi - ən azından son 20 ildə Masallı təhsilinə yaralar vuran şəxslərin şəhərimizin görməli yerində rüsvayçılıq heykəllərinə qoysaq, bundan kimsə ibrət götürə bilərmi?
Zahir


R4suloffR4suloff

OXUNMA SAYI :2778

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az