Ovçubərə məktəbi qaynayır


Ovçubərə məktəbi qaynayır
İlin əvvəlin işindəki ciddi nöqsanlara görə işdən azad edilən direktor müavini ilin sonunda necə olur ki, həmin məktəbə direktor təyin edilir.

9 ayda direktorluq postunda 4 nəfəri yola verən Ovçubərə məktəbinin kollektivi 20 gün öncə təyin edilən yeni direktorla heç cür yollaşmır

Ovçubərə kəndi Cəlilabaddan Biləsuvara gedən yolun sol tərəfində, magistral yoldan 10-12 kilometr aralıda yerləşir. Biz hələ 4 il öncə bu kənddə baş verən qarmaqarışıq işlər barədə bir neçə yazı dərc etmişdik. Bu günlərdə isə redaksiyaya Ovçubərə kəndinin bir çoxu həmin məktəbin müəllimi daxil olmaqla 64 nəfərin imzası ilə şikayət məktubu daxil olub. Həmçinin məktəbin müəllimi kimi özünü təqdim edən Rasim Nəzərov bizimlə telefon əlqasi saxlayaraq yazılanları təsdiqləyib. Şikayətçilərin əsas hədəfi Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımovdur.
Şikayətçilər məktublarında bildirirlər ki, məhz Təhsil Şöbəsi müdirinin qeyri-pəşakarlığı nəticəsində bu VƏ Biləsuvar rayonundakı əksər məktəblər çox xoşagəlməz hala düşüb. Belə ki, son 9 ayda Ovçubərə tam orta məktəbin direktor postuna 4 nəfər sahib olsa da, onların hər biri qısa müddətdə direktor kürsüsünü tərk edib. Yeni təyin edilən direktorun da işi çox fənadır.
Bir qədər keçmişə qayıdaq. 9 il imiş ki, bu məktəbə Mənsurə Şahverənova rəhbərlik etmişdir. 2016-ci il fevralın əvvəllərində həmin direktor - Şahverənova Şəmsurə, direktor müavinləri A. İmanov və L. İbrahimova daşıdıqları vəzifələrindən azad edilmişlər. Nazirin əmri ilə vəzifə funksiyalarını lazımı şəkildə yerinə yetirməyək rayonun ümumtəhsil məktəblərinə nəzarət və rəhbərliyi zəif təşkil etdiyinə görə Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımova isə “Dövlət qulluğu haqqında” qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilib.

Elə onun dövründə də məktəblər üçün ənənəvi olan nöqsanlar burada daha qabarıq şəkildə davam edirmiş. Yazışmaların, yoxlamaların arası kəsilmirmiş.
Bundan sonra Təhsil Şöbəsi özünün bir neçə metodistinə buradakı direktorluğu həvalə edib ki, məktəbdə işləri sahmana salsın.
Məktəbə təyin edilən son direktorladan biri isə qonşu Amankənd məktəbinin direktor müavini Murad Kərimov olub. Şikayətçilər bildirir ki, bu şəxsin nefroloji problemləri var.
və buna görə hərbi xidmətdən yayınıb.
Şikayətçilər bildirir ki, Murad Kərimovun keçmişi xoş olmayan hadisələrlə zəngindir. Təhsil şöbə müdirini ona himayə etdiyinə və buna görə ondan çox şikayət yazıldığı üçün bu şəxsi Amankənd məktəbindənki direktor müavinliyindən çıxarıb, Ovçubərəyə direktor təyin edib. 1 oktyabr 2016-cı ildə o, bu vəzifəyə təyinat alıb. Deyilənə görə o heç məktəbə gəlməyib və 10 gündən sonra əyləşmədiyi kreslonu tərk edib.
Təhsil şöbəsi bundan sonra əvvəllər bu məktəbdə müavin işləmiş, nöqsanlı fəaliyyətinə görə 5 ay öncə müavinlikdən azad edilmiş Anar İmanovu 10 günlük direktorun yerinə Ovçubərə məktəbinə direktor göndərib. (Həm də həmin 10 günlük direktorla yeni direktor yeznə-qayındır)
Şikayətçilər də haqlı olaraq sual edirlər ki, müavinliyi bacarmayıb nöqsanlı işinə görə həmin vəzifədən kənarlaşdırılan şəxs direktorluğu necə bacaracaq? Şikayətçilər xüsusilə vurğulayırlar ki, hərbi xidmətdən saxta yola, əsəbiliyə görə hərbi bilet alan şəxs təlim müəssisəndə necə çalışacaq?
Şikayətçilər bildirir ki, təhsil şöbə müdiri bunları əlaçsızlıqdan etmir. Məktəbdə direktorluğa layiq kifayət qədər savadlı və təşkilatçı müəllimlər var. Sadəcə təhsil şöbə müdiri bu təyinatlarda xüsusi maraqlar güdür.
Şikayətçilər əsasən nədən şikayətçidirlər?
Onlar haralara müraciət ediblər?
Onlarla mətbuat orqanlarına və müvafiq təşkilatlara ünvanlanan məktublarda xüsusi ilə vurğulanır ki, Biləsuvar rayon şəhid İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbini Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov kollektivi heçə sayaraq sanki bazara çevirib. Məktəbin möhür və ştampını oyuncaq edib.

Müraciətdə bildirilir ki, Anar İmanov Ovçubərə kənd tam orta məktəbində ciddi qanun pozuntularının olduğunu bilib göz yumduğu üçün nazir tərəfindən vəzifəsindən azad edilib. O külli midarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradıb. Direktor müavini vəzifəsini icra edə bilməyən şəxs necə direktor təyin olunub?

“A.İmanov və qohumları rayon təhsil şöbəsinin müdirini Dəvrişli, Əsgərabad, Nərimankənd və başqa kənd orta məktəblərində təmir üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməsi faktları ilə təhdid edirlər. Ona görə də B.Kazımov onu direktor təyin etməklə özünü sığortalayıb.
Onu da qeyd edək ki, A.İmanov “Hərbi həkim ekspertizası haqqında əsasnamənin” 22 “B” maddəsi ilə hərbi xidmətdən yayınıb”,-deyə müraciətdə iddia olunub.

64 müəllim imzası ilə ünvanlanan müraciətdə Təhsil Nazirinin İntizam tənbehinin tətbiqi və əmək müqaviləsinin ləğvi barədə 05.02.2016-cı il tarixli 11/84 saylı əmrinin sürəti də əlavə edilib. Əmrdə bildirilir ki, sözügedən təhsil müəssisəsinin müəllimlərinin siniflərin komplektləşdirilməsində, buraxılan dərslərin əvəz edilməsində, ayrı-ayrı fənlərin qruplara bölünməsində, şagirdlərin davimiyyətinin təşkilində və digər sahələrdə qanununsuzluqlara yol verilməsi barəsində edilən müraciətlər nazirlik əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma nəticəsində Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində sinif jurnallarında naməlum ad və soyadlar yazılmaqla şagirdlərin sayının süni yolla artırıldığı, maliyyə pozuntusuna yol verildiyi, buraxılan dərslərin əvəz olunmadığı halda, ayrı-ayrı müəllimlərin adına yazıldığı, yoxlama aparılan günü şagirdlərin çoxunun dərsdə iştirak etmədiyi, məktəbdə fakültativ və dərnək məşğələlərinin keçirilməməsinə baxmayaraq, ayrı-ayrı müəllimlərin adlarına yazılaraq əməkhaqqının mənimsənildiyi aşkarlanıb.

Nazirin bu əmri ilə vəzifə funksiyalarını lazımı şəkildə yerinə yetirməyək rayonun ümumtəhsil məktəblərinə nəzarət və rəhbərliyi zəif təşkil etdiyinə görə Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımova “Dövlət qulluğu haqqında” qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilib. Məktəbin direktoru Mənsurə Şahverənova, direktor müavinləri A.İmanov və L.İbrahimova vəzifələrindən azad olunub.
Şikayətçilər onu da xatırlaır ki, hazırda Ovçubərə məktəbinin direktoru da, müavini də ingilis dili müəllimi olsa da, məktəbdə vəziyyət “oruscadır”.

Redaksiyadan: Biz qarşı tərəfin fikrini öyrənmək uşun Biləsuvar Təhsil Şobəsinin müdiri Balaqardaş müəllimin hər iki telefonuna aramsız zənglər etsək də onu cavablayan olmadı. Həmçinin onun müavini Əlisəfa müəllimə zəng vuraraq xahiş etdik ki, bizim xahişimi Blaqardaş müəllimə çatdırsın ki, telefon zənglərimizə cavab versin. 2 gün gözləsək də yenə onunla danışmaq mümkünsüz oldu. Belə qənaətə gəldik ki, Balaqardaş müəllimin şikayətçilərin yazdıqlarını təkzib etməyə sözü yoxdur. Biləsuvar təhsil şöbəsindən isə şikayətlər gəlməkdə davam edir. Şikayətçilər xüsusi ilə vurğulayır ki, Balaqardaş müəllim tələsir, güman edir ki, yaxın vaxtlarda Regional Təhsil Şöbələrinin yaranması ilə bağlı vəzifəsi ilə vidalaşacaq, neyə necə etsə, o da qənimətdir.
Görünür, bu mövzuya bir daha qayıtmalı olacağıq.

Ovçubərə məktəbi qaynayırOvçubərə məktəbi qaynayır

Hazırladı: Bəhlul B.


R4suloffR4suloff

OXUNMA SAYI :1857

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff