“Dəfinə”


“Dəfinə”
Masallıdakı bu təhsil ocağı məktəbdir, ya lisey?

Əgər adicə məktəbdirsə niyə burada müəllimlərə əmək haqqından əlavə 15 faizlik də verilir, əgər liseydirsə (TQDK-nın və Təhsil Nazirliyinin bütün sənədlərində “Dəfinə” məktəb kimi yox, lisey kimi qeyd olunur) niyə burada şagirdlər 5-ci sinifdən sonra, yoxlamadan keçirilmədən yox, 1-ci sinifdən qəbul olunur.
Bura şagird qəbul olunan zaman onlardan 30-50-100 manat arası şirinlik alınması barədə söhbətlərə inanmasaq da, bu faktdır ki, 220 nəfər şagird üçün nəzərdə tutulmuş məktəbə az qala 3 dəfə çox-570 nəfər qəbul olunub. Binadan bu qədər şagirdin istifadə etməsi ən azı texniki baxımdan təhlükəlidir.
Bu da nəticədə laboratoriyalardan tutmuş digər otaqların da bölünərək sinif otaqlarına çevrilməsinə zərurət yaratmışdır.

2-ci növbə dərs keçən şagirdlər kitabxanadan, kompüter otağından, laboratoriyalardan istifadə etmək imkanlarından mərhumdur.
Dəfinə ən biabırçı keyfiyyəti isə odur ki, şagirdlər elə məktəbin özündə dərs vaxtı repetitor yanına gedirlər.
Nəinki şagirdlərin, hətta müəllimlərin (həm də ali təhsilli müəllimlərin) bu təhsil ocağına müsabiqə yolu ilə seçilməsi tələb kimi qoyulsa da, bura müəllim seçimində nəinki müsabiqə olmur, hətta kifayət qədər kollec məzunu burada müəllim kimi fəaliyyət göstərir.
Sual olunur, nümunəvi şagirdlərə ali yox, kollec təhsilli müəllimlər dərs deyəcəkdisə, belə halda bunun nəyi lisey oldu?
Bu barədə araşdırmalarımız davam edir. Yəqin ki yaxın vaxtlarda “Dəfinə”dən tapılmış yeni ürəkbulandıran “xəzinə”lərlə tanış olmaq imkanınız olacaq.
ZahirR4suloffR4suloff

OXUNMA SAYI :2684

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff