Yenə Lənkəran təhsili, yenə rüşvət söhbət||--||


Yenə Lənkəran təhsili, yenə rüşvət söhbət||--||

Lənkəranın təhsil ocaqların rüşvət məsələsi elə adiləşib ki, sanki əksəriyyət bunu norma kimi qəbul edir. Bir müddət əvvəl LDU-da rüşvətxorluq haqqında məlumatlar ölkə mətbuatından düşmədi. Hətta hər imtahanın dəqiq qiymətlərinə qədər mətbuatı yol açdı. Sonda rektorun köməkçisi rüşvət alakən yaxalanarkən pulu yeyəndən sonra ara bir az sakitlik oldu.

Daha sonra Lənkəran Humanitar Kollecinin direktorları rüşvət və rüşvətə bənzər saxtakarlıqlara görə vəzifələrindən kənarlaşdırıldı.

Son vaxtlar isə Lənkəran Təhsil Şöbəsinin müdiri Şahanə xanımın guya bütün məktəblərdə rüşvət şəbəkəsi yaratdığı barədə gündəmdən düşmür.

RTŞ-də baş verən qanunsuzluqlarla bağlı Azerinews.tv-yə daxil olan məlumatlara inansaq, təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova və müdir müavini Güloğlan Bağırov əlbir olaraq bəzi qanunsuz əməllər törədirlər. Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə yaş həddi 65-i keçmiş şəxslərin ixtisara salınması prosesi hazırda da davam edir. Bütün sahələri əhatə edən bu proses Lənkəranda da həyata keçirilib. Ötən ildən başlayaraq rayonda 18 orta məktəbin direktoru yaş həddinə görə işdən çıxarılıb. Ş.Əhmədova imkanı daha yüksək olanların bir neçəsini isə direktor təyin edib. Kənd orta məktəblərinə direktor getmək istəyənlər 5, Lənkəran şəhərindəki orta məktəblərdə direktor olmaq istəyənlər isə 8-10 min manatıdan keçməlidir. Bundan başqa, şöbə müdiri hər ay irili-xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəssisələrdən və digər təhsil obyektlərindən nəsə umur. Rayon üzrə 152 belə müəssisənin olduğunu nəzərə alsaq... Müdir müavini G.Bağırova çatacaq “nə isə”nin ona verilməsi səhnəsi bir qədər fərqlidir. O, bunu alarkən öz hərəkətinə başqa don geyindirməyə çalışır. Ən dəhşətlisi odur ki, RTŞ-də qanunsuz işlərdən çıxan müdir müavini dəyəri 50 min manat civarında olan xarici avtomobil sürür.

Rayon təhsil şöbəsini “HƏMKARLARI” da pul silməklə məşğuldur.

 

R4suloffR4suloff

OXUNMA SAYI :941

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff