Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Məmurların, eləcə də, icra başçılarının aşkarlıqdan qaçmasına səbəb

nədir?


Yəqin ki, yaşlıların və orta nəslin nümayəndələrinin yadında olar – qanlı yanvar hadisələrindən sonra Azərbaycana rəhbər təyin edilmiş Əbdürrəhman Vəzirovun ən çox işlətdiyi sözlərdən biri insanları kompüterdən istifadə etməyə və onları qoz əkməyə çağırması idi.


Aradan 30 ilə yaxın vaxt keçib. İndi qoz-fındıq əkənlərin sayı çoxalsa da kompüter məsələsində qəribə mənzərə yaranıb.

Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Rəqəmlərə nəzər salsaq, hətta ucqar dağ rayonlarında belə yüzlərlə, minlərlə kompüter istifadəçisi var və onların sayı günbəgün artır.

Bəs bizi narahat edən nədir?

Kompüter təkcə yazı-pozu üçün makina deyil, xaricdəki qohumlarla görüntülü danışmaq deyil...

Kompüter və onun ürəyi, danışan dili, görən gözü olan internet aşkarlığa meydan verən, əvəzsiz bir xəzinədir.

AŞKARLIQ.

Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Bax, bu, bir çox məmurların, eləcə də icra başçılarının, hakimlərin, polis rəislərinin qorxduğu sözdür.

Ancaq kabinetlərində, əllərində dubinka, möhür olanda qəhrəmana çevrilən belələri, əsl aşkarlıq zamanı cücədən də balaca olurlar.

Günahkar axtarası olsaq, hamının günahı var. Fəhlədən, müəllimdən, ağsaqqaldan tutmuş, ən yüksək çinli məmuradək.

Öncə məmurlardan başlayaq

Bu gün ortaya sual qoysaq ki, təkcə bir rayonda neçə ərazi nümayəndəsinin, neçə məktəb direktorunun, neçə digər idarə rəhbərinin elektron poçtu, işlək FB səhifəsi var, olduqca gülünc rəqəmlər alınar.

Məhz bu səbəbdən yenə də idarədaxili yazışmaların az qala 90 faizi dədə-baba qaydası ilə aparılır.
Ən adi məsələ üçün yerli məmurlar rayon mərkəzinə gəlir, vaxt və pul itirirlər.

Masallı saytlarla necə işləyir?


Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Bəri başdan deyək ki, 220 mindən artıq əhalisi olan bir rayonun ətrafında baş verən hadisələrdən operativ məlumat alması üçün demək olar ki, bir ədəd olsun belə normal sayt yoxdur.

“Masallılar.az”


4 il bundan əvvəl yaranışına start verilmiş və böyük maraqla qarşılanmış bu saytın fəaliyyəti 1 ildən artıqdır ki, dayanıb.


Bu saytda nələr var idi və olacaqdı?


Çox böyük zəhmətlə, neçə ayların əziyyəti hesabına maraqlı mexanizm hazırlamışdıq.

Bu sayt Masallının elektron salnaməsi olacaqdı. Nəzərdə tutmuşduq ki, (bir çox bölmələrini də reallaşdırmışdıq) bu saytda hər qəsəbənin, kəndin tarixi, mədəniyyəti, alimi, idmançısı, xeyriyyəçisi, xaricdə tanınmışı və sairi öz əksini tapsın.

Masallı haqqında yadda qalan nə varsa bura yerləşdirilsin.
Lakin bu arzu yarımçıq qaldı.

1-cisi, lazımi vəsait ayrılmadı.

2-cisi, əksər ərazi nümayəndələri və məktəb direktorları belə işlər üçün olduqca səriştəsiz olduqlarını ortaya qoydular.

3-cüsü, rayon rəhbərliyi bu saytı dildə alqışlasa da, reallıqda ona dəstək olmadı.


"Arkivan.az"

Məlum həqiqətdir ki, hər qəsəbənin, hər kəndin mükəmməl tarixi, mədəniyyəti öyrənilmədən, rayonun, ölkənin tarixi lazımınca öyrənilə bilməz. Məhz bu niyyətlə masallilar.az saytı məhvə düçar olandan sonra Arkivan.az saytını yaratdıq.

Maraqla da qarşılandı. 17 min əhalisi olan qəsəbənin tarixi, coğrafiyası, tanınmışları, eləcə də müğənniləri, rəssamları, pəhləvanları haqqında burada maraqlı yazılar yerləşdirildi. Hətta qəsəbədə hər gün vəfat edənlər, toyu olanlar, uğur qazananlar haqqında operativ xəbərlər verilirdi.

Lakin qəsəbənin qara ləkəsinə çevrilmiş, rayon rəhbərlərindən başqa əksəriyyətinin nəzərində sıfıra bərabər olan bələdiyyə sədlərinin hesabına bu sayt da “dünyasını” dəyişdi.

"Cenubnews.com"

Bəzi qüsurlarına, bir çoxları tərəfindən birmənalı qarşılanmamasına, xüsusən dini mövzulara çox geniş yer verməsinə, bəzi xəbərlərdə jurnalist peşəkarlığını göstərməməklərinə baxmayaraq, Masallıdakı bir çox olaylar barədə operativ məlumat verən bu sayt da səssiz-səmirsiz bloklandı.

Sonradan əlacsız qalan sayt sahibləri səlahiyyəti bir-birinə ötürə-ötürə, bu saytı da “dəfn” etdilər.

Hətta Masallı İcra Hakimiyyətinin saytı da meydandan çıxmaq üzrədir.


Söhbət “Masallı-ih.gov.az” saytından gedir.

Ölkə başçısının 2006-ci il “İnformasiya əldə etmək haqqında” Qanununa müvafiq olaraq hər rayonda icra hakimiyyətinin saytı yaradıldı.
Bu saytlar əslində icra hakimiyyətinin bütün sərəncamlarından, əmrlərindən tutmuş hər bir qəsəbə və kəndlərin həyatında baş verən önəmli hadisələrə qədər hər şeyi işıqlandırmalı idi.


Lakin gözlənilənlər olmadı. Hökumət saytları öz fəaliyyətlərini olduqca primitiv şəkildə qurdular. Bu saytlar ay ərzində ən yaxşı halda 4-5 xəbər yerləşdirirdilər. Adama elə gəlirdi ki, matəm günü və bayramlar olmasa, bu saytlarda heç bir xəbər olmaz.

Bu saytlardakı bölmələr, xüsusən Elektron xidmət bölümü elə anadan olandan “ölü” doğuldu, yəni bu bölməyə heç bir material yerləşdirilmədi. Buna görə həmin saytlar heç kimin marağına səbəb olmadı.

Bütün bunlar azmış kimi Masallı icra hakimiyyətinin saytına 23 may 2017-ci ildən material qoyulmadı.


Sayt oynaya-oynaya “mars” oldu.

Rəsmilər səbəbini belə izah etdilər ki, guya internet xərclərini, əsasən Hostingin xərcin ödəyə bilmirlər.

Olduqca gülməli arqument idi. Yəni, belə primitiv bir saytın illik saxlama xərci 100-150 manatdan çox ola bilməzdi. İkincisi, sayt bağlanıbsa, ora yerləşən yazılar görünməməli idi.

Üçüncüsü, necə olur ki, Lerik, Yardımlı kimi dağlıq rayonların saytı təzələnir, amma 220 minlik Masallının saytı yox?

Masallı rəsmiləri isə guya əlacsızlıqdan çıxış yolunu İcra Hakimiyyətinin FB səhifəsini yaratmaqda görüblər.

2 aya yaxın fəaliyyət göstərən bu səhifəyə hələ ki, bir nəfər də rəy yazmayıb. Yerləşdirilən xəbərlər isə yenə də primitivliyi ilə seçilir. Yəni rayonun həyatı burada dolğunluğu ilə görünmür.

Deməli, 4 sayt - masallılar.az, arkivan.az, cenubnevs.com, masallı-

İh.gov.az
saytları oxucuların üzünə qapanıb.


Ümid təkcə qalıb Cenubxeberleri.com saytına.

(Bu barədə bir qədər sonra ətraflı danışacağıq)

Yəqin ki, icra hakimiyyətinin saytlara münasibətindən nümunə götürərək rayon təhsil şöbələri, bələdiyyələr də bu işə maraqlı deyillər.

Rayon büdcəsinin əsas hissəsi təhsilə sərf olunur. Lakin təhsildəki proseslər haqqında normal məlumatlar almaq mümkünsüzdür.

Masallıda 20-dən artıq boş olan məktəb direktorluğu yeri üçün bir çox müəllimlər müsabiqəyə qatılmışdılar.

Onlar kimlər idi, kimlərə və niyə mənfi rəy verildi? Qaliblər kimlər oldu, onlar nə qədər bal topladılar və sair?

Yaxud, diaqnostik qiymətləndirmədə bal toplayanlar. Onların nəticələri.
Yəni, onlarla məlumatlar var- rayona hansı müəllimlər gəlib, hansı yerdəyişmələr olub, hansı direktorlar sərxoşluğa görə cərimələnib, pedaqoji şuralarda hansı məsələlər müzakirə olunur və sair?

Eləcə də rayon polis şöbələri

Hər ay hansı cinayətlər baş verir. Onların xarakteri nədir, neçəsi açılıb, polislərin hansı fədakarlıqları olub, hansı ağır cinayətlər açıblar, kimlər mükafatlandırılıb, kimlər cəzalandırılıb?

Xarici ölkələrdə məhkəmə iclaslarını internetlə izləmək mümkündür.

Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Bizdə isə heç canlı şəkildə iclaslara girmək mümkün deyil.

İnternet, feyzbuk imkanları isə bələdiyyələrin bütün bəhanələrinə son qoyur. Belə ki, əvvəllər bələdiyyələr deyirdi ki, xalqa necə hesabat verək, bu qədər seçicini yığmağa zal yoxdur. İndi, buyurun, FB səhifəsi açın, hansı işlər görürsünüz, nə qədər torpaq satmısınız, neçəyə satmısınız, kimlərə satmısınız, qazandığınız pulları necə xərcləmisiniz, orada yazın, xalq da bilsin kim kimdir.

Məlumdur ki, nə bələdiyyələr, nə icra strukturunun müvafiq şöbələri bu aşkarlığa maraqlı deyil və buna görə yuxarıdan aşağı hamı xəlvəti işləmək istəyir, hərə öz saxtakarlığını bir cür ört-basdır etməyə çalışır.

Biz də bu işləri aşkarlamaq istəyəndə, oluruq pis adam.

Lakin “pis adam” olmaq bizi qorxutmur, buna görə mövzuya bu və digər formada yenə də qayıdacağıq, bir çox qaranlıqlara aydınlıq gətirmək istəyəcəyik.

İndi isə rayonumuzda və bölgəmizdə ayaqda dayanan bir sayt varsa, o da

cenubxeberleri.com saytıdır.

Məhdud imkanlarımız daxilində çalışırıq ki, cənub həqiqətlərini, burada

baş verən yaxşı və pis işləri sizə çatdıraq.

Oxuculardan da xahişimiz odur ki, gördükləriniz, bildikləriniz,

düşüncələriniz haqqında bizi məlumatlandırın.


Bu yazıyla bağlı deyiləsi sözlər olduqca çoxdur.

Vikipediyaya girirsən, Masallı və digər cənub rayonları haqqında məlumat olduqca azdır.

Çünki bu elə sistemdir ki, nə tökürsən aşına, o çıxır qaşığına. Rayonların tarixi, mədəniyyəti haqqında gərək ciddi, samballı yazıları bura yerləşdirəsən ki, kimsə də girəndə onu görə.


İndi balaca uşaqlar belə video görüntülərini paylaşdırır.

Hansı icra başçısının, aparıcı idarə rəhbərinin, yaxud bələdiyyə sədrinin video-çıxışını internetdə gördük ki, onu da dinləyib bir qənaətə gələk.

Bir az da QHT-lər və partiyaların rayon təşkilatları barədə

Yuxarıda qeyd etdiyim ki, bu sahədə problemlər təkcə məmurlarla bağlı deyil.

Təkcə Masallıda rəsmi və qeyri rəsmi ondan artıq QHT, yaxud da hansısa QHT-nin filialı olan təşkilat var.

Harada yerləşirlər?

Aldığı qrantları necə xərcləyirlər, qohum-əqrabalarından başqa yanlarında kimlər işləyir, hansı işləri görürlər, bilən varmı?

Əlbəttə yox.

Hətta FB şəbəkəsində olanlar hər şeydən yazsalar da, xəlvətdə çırpışıdırdığı pulların adını tutmurlar.

Partiyaların rayon təşkilatları da eləcə. Bəzi RT-ların heç FB səhifəsi yoxdur. Olsa, gərək bəzi işlərə mövqe bildirələr. Bir əli hökumətin, biri əli başqa yerdədir.

Nəhayət sıravi vətəndaşlar - ziyalısından fəhləsinədək

İnternetin imkanlarından az faydalanırlar. Yüzlərlə, bəlkə minlərlə müəllim, həkim var ki, onunla internet barədə söhbət edəndə elə bil onu söyürsən.

Son əvəzi

Bütün bu işlərin də kökü gedib təhsilə çıxır. Əksər xarici ölkələrdə, hətta qonşu Gürcüstanda uşaqlar məktəbə planşetlə gedir. Biz də isə uşaqların çantasın 2 nəfər zorla daşıyır.

Vəzirovun haray saldığı kompüterdən bu gün necə faydalanırlar?


Hələ 10 il öncə məktəblərin elektronlaşdırılmasına 35 milyon dollar qrant ayırmışdılar.

Valideyn evdə oturub, məktəbdə uşağının təhsilini izləyə bilməliyidi.

Həmin pulun çoxunu “Kür” adlı bir zavodda kül elədlər. Çox keyfiyyətsiz kompüterlər hazırlayıb, 3 qat qiymətinə məktəblərə sırıdılar. Direktorlar da onların yarısın evlərinə aparıb, yarısını soyuq otaqlarda çürüdüb, bəzilərini də qonaqlara göstərmək üçün eksponat kimi bəzi qıfıllı otaqlarda saxladılar.

Hələlik bu qədər.

Zahir

R4suloffR4suloff

OXUNMA SAYI :1147

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff