• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Ölkədə azyaşlı anaların sayı ARTIB – RƏSMİ RƏQƏMLƏR

Azərbaycanda ötən il yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, onların sayı 2000-ci illərin əvvəli ilə müqayisədə çoxdur.
Cenub.az trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən 2129 uşaq doğulub. Bu göstərici 2017-ci ildə 2421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.
2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.
Son illər ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub.
18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub.
Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2018-ci ildə 18 yaşadək olan analar tərəfindən doğulan 2129 uşağın 652-si (2017-ci ildə 740) şəhər, 1477-i (2017-ci ildə 1 681) kənd yerlərində dünyaya göz açıb.
Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.
Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter