• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Mübariz Mənsimovun ata yurdunda- onunla qürur duyanlar çox olsa da, gileylilər də yox deyil


Yaxın vaxtlarda kəndə Türkiyədən layihəçilərin gələcəyi gözlənilir

Masallı rayonunun Miyankü kəndi. Rayon mərkəzindən   19 km aralı. Masallı-Boradigah yolundan bir az irəli gedib, Hişkədərə kəndini keçməklə Miyankü kəndinə çox rahatlıqla çatmaq olar. Kəndin 2 mindən bir artıq əhalisi var. 

Buradaki məktəbdə (240 yerlik) 202 şagird təhsil  alır. Məktəbdə yüksək nizam-intizam, bacarıqlı (əksəriyyəti kənd sakinlərdən olan) müəllimlər çalışır. 

Ötən il bu məktəbi bitirən 6 nəfərin hamısı yüksək ballarla ali məktəblərə daxil olub. Dövlət İmtahan Mərkəzinin yaydığı nəticələr həm ölkə, həm rayon üzrə  müqayisədə Miyankü məktəbinin nəticələri ürəkaçandır. 


Müvafiq cədvəllə yazının sonunda tanış ola bilərsiniz. (əlavə olunur)

Məktəbin direktoru Xudaqulu Tahirov peşəsinə ürəkdən bağlı, kəndin əsil mənasında ziyalı adını uca tutan insanlarından biridir.

O, kənd haqqında “Miyankü  dünən və bu gun” adlı çox maraqlı kitab da hazırlayıb. Kənd ziyalılarından söz düşəndə Mübariz İbadovun da adını xatırlamaq yerinə düşər. Kəndin elektron salnaməsinin hazırlanmasında onun zəhməti az deyil.


Ümumiyyətlə isə “Miyankü” deyəndə öncə Mübariz Mənsimov xatırlanır. O Mübariz Mənsimov ki 

minlərlə  tələbənin pulsuz təhsil almasına, onlarla ehtiyaclı insanın mənzil, xəstəlik və digər problemlərinə yardımçı olub. 

ata yurdu üçün gördüyü işlər də az deyil. 

Belə ki, kənd məscidini həyətini  və məsçidə 500  metrlik yolun asfaltlanmasına

kənddəki   körpünün əsaslı təmir olunmasına vəsait ayırıb, 

onlarla insanın işlə təmin edilməsinə kömək edib, 

kəndin qazlaşmasına, 

etibarlı elektrik enerjisi ilə təmin olunmasına xeyli vəsait sərf edib.

 Kənddəki məktəbi də o tikdirib. Amma...

Bax, burada bir az dayanmaq lazım gəlir. Miyankü məktəbi nəinki standarta uyğun tikilməyib, əksinə, elə qəribə üsulla tikilib ki, burada normal təhsil üçün imkanlar məhdudlaşıb.

Yerli sakinlər deyir ki, Mübariz müəllimin tikintini etibar etdiyi adamlar layihə-filan tutmadan, dədə-baba qaydası ilə ip çəkməklə çox primitiv formada bir məktəb tikiblər.

 Sinif otaqları 20-25 kv.m-dən böyük deyil. Bəzi siniflərdə hərəkət etmək problem olur. Hələ divarları partlamış sinif otaqları da var. Adicə kitabxanada lazımi qədər şkaf yerləşdirmək olmur. “Ağıllı lövhə” (elektron lövhə), kadrproyektor-filan bir yana, heç geniş yazı taxtası problemə çevrilib. Məktəbin geniş həyəti olsa da,  süni örtüklü-mini stadion istisna olmaqla burada məktəb stadionu yoxdur.

Miyankü məktəbində  çox yenilikçi, yeni texnologiya ilə işləməyə can atan, müstəqil düşüncəli, yaradıcı  müəllimlər az deyil. Lakin onların texniki imkanı, əyani vasitələri arzu olunan qədər deyil.

Kənd sakinləri əmindir ki, Mübariz müəllimin bunlardan xəbəri yoxdur. Onun ətrafında olanlar Mübariz müəllimi belə kəm-kəsirlər barədə lazımınca məlumatlandırmırlar.

Yerli sakinlər kənd yolunun asfaltlanmasında Mübariz müəllimin zəhmətinə çox dəyər versələr də, kənd yolunda işıq lampalarının olmaması da, gileylər sırasındadır.  Məktəbin qarşısında  100-ə yaxın  flakon  lampası olsa da, elektrik xərcinə və digər səbəblər görə onların heç biri yanmır.

Biz, Mübariz Mənsimovla yaxınlığı olan bəzi şəxslərlə də əlaqə saxladıq. (Müəyyən səbəblərdən adlarını açıqlamaq istəmirik)

Həmin şəxslərlə  söhbət edərkən onlar bildirdi ki, bu gileylərdən Mübariz müəllim məktəbin məlumatlıdır. Dekabr ayının sonunda  bu  gileyləri tam dolğunluğu ilə Mübariz müəllimə  çatdırılacaq. Yaxın vaxtlarda isə Türkiyədən Miyankü  kənd məktəbinin tikintisi üçün layihəçilər qrupunun gələcəyini, qısa müddətdə ya yeni məktəb tikiləcəyini, ya da mövcud məktəb binasının əsaslı şəkildə təmir olunacağını bildirdilər.

Həmin kəndin sakini olan, hazırda Masallı Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışan Cəlil Nəzərov isə bizə  bildirdi ki, doğma kəndində yerləşən məktəbin uğurlar onu da sevindirir. İlin sonuna kimi  məktəbə ya ağıllı lövhə, ya da kadr proyektor hədiyyə edəcək. Bundan əlavə hər ay daha yaxşı oxuyan şagirdi 150 manatla mükafatlandıracaq.

Təhsil şöbə müdiri Tariyel Əkbərov da öz növbəsində məktəbin ehtiyacları üçün yardımçı olmağa çalışacağını vəd etdi.

İnanırıq ki, yeni dərs ilində kəndin dəyərli övladı, ölkə miqyaslı xeyriyyəçi  Mübariz Mənsimovun dəstəyi ilə  miyankülü şagirdlərə hər cür şəraiti olan yeni məktəbin  qapısını açmaq qismət olacaq.


2016-2019-cu illərda Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbin rayon məktəbləri arasında mövqeyi


     Orta göstəricilər

 

 

Fənlər

IX sinif

XI sinif

 

 

Respublika 

 

Rayon

 

Miyanküməktəbi

 

Respublika 

 

Rayon 

 

Miyanküməktəbi 

2016

Ana dili

13,77

11,57

17,75

16,36

14,36

17,40

Riyaziyyat

13,76

12,00

21,12

15,95

14,34

18,80

Xarici dil

-

-

-

14,03

10,86

16,40

2017

Ana dili

46,04

37,90

60,57

17,11

14,63

25,57

Riyaziyyat

36,25

32,21

59,45

15,61

14,23

25,43

Xarici dil

 

 

 

14,11

10,83

18,67

2018

Ana dili

 

38.83

40.96

 

49.07

66.00

Riyaziyyat

 

31.31

43.77

 

48.98

66.00

Xarici dil

 

 

 

 

27.89

54.00

2019

Ana dili

 

39,1

46

 

38

74

Riyaziyyat

 

32

38

 

29

37

Xarici dil

 

25,2

35

 

26

58

 


Hazırladı: Zahir Əmənov

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter