• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Bərdəli başçılar (Masallı və Ağcabədi) yerlərini dəyişdi- Görəsən, “cəm” də dəyişəcəkmi?


Ölkə başçısı İlham Əliyevin 20 noyabr 2019-cu il sərəncamı ilə daha 2 rayonun –Ağcabədi və Masallı rayonlarının icra başçıları vəzifələrindən azad edilərək yerlərini dəyişiblər.
Hər iki başçının tərcümeyi-halını təqdim etməzdən öncə bəzi paralelləri və gümanları diqqətinizə çatdırmaq istəyirəm.
(Heyf ki, (bir həftəliyə) ölkədən və kompüterdən kənarda olduğum üçün daha geniş yazı təqdim etmək imkanına malik deyiləm). 
 
Hər iki başçı -gedən də, gələn də Bərdə rayonunda anadan olub, bu rayonda bir sıra rəhbər  vəzifələrdə çalışıblar.
Masallıya təyin edilən yeni bərdəli başçı əvvəlkindən-Rafil Hüseynovdan 6 il cavandır.. Samux və Ağcabədi də daxil 3-cü dəfədir ki, icra  başçı təyin edilir. R. Hüseyovdan (7 il) fərqli olaraq 15 il başçılıq stajı var.
Ağcabədililərin bəxtinə isə bir qədər qoca- 67 yaşlı başçı düşdü və bu onun 2-ci başçılığıdır. Rayonların ranqını nəzərə alsaq, Masallı ən azından əhalisinə, turist potensialına görə daha üstün rayon sayıla bilər. Rafil Hüseynov bir az aşağı ranqlı rayona getsə də, 67 yaşında yenə də, növbəti dəfə başçı kreslosunu saxlaya bilibsə, deməli, dayaqları hələ də möhkəmdir.
İndi isə söhbətin əvvəlinə qayıdaq.
Hər yeni başçı gələndə hansı suallar yaranır və indi hansı suallar maraq doğurur?
1.      Yeni icra başçısı Abıyevləriə hansı münasibət göstərəcək, onlara yenidən meydan verəcəkmi?
2.      Yerlisi olan Rafil Hüseynovun “qara sandıqlarına” diqqət yetirəcəkmi?
3.      Masallı tarixində formalaşmış ən zəif müavin korpusunu (bu isə ayrıca yazının mövzusudur) daha güclü komanda ilə əvəz edəcəkmi?
4.      Masallı tarixinə olan biganəliyə, bu istiqamətdə olan bərbadlığa son qoyacaqmı? 
(Bax. Bu yazımızda həmin biganəliklər öz əksini aydın tapıb.  http://arkivan.az/219-erkivanla-qeribler-serheddinde-ne-tikirler?html).
Aparıcı idarələrdəki ənənəvi “alış-verişə” son qoyulacaqmı, əvvəlki yaltaqlar, iş verənlər yenə meydan sualayacaqmı?
Ən başlıcasın xalqın inamın qazana biləcəkmi?
Nə isə. Hələlik yeni başçısının 100 gününü gözləyək. İndi isə hər iki başçının tərcümeyi- halını təqdim edirik.
 
Masallı İcra hakimiyyətinin yeni icra başçısı

Şahin Kərim oğlu Məmmədov
Məmmədov Şahin Kərim oğlu 01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur.
1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur.
Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.
1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin Başcısı vəzifəsinə, 26 dekabr 2005-ci tarixli sərancamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə  təltif edilmişdir.
Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müdafiə Nazirliyi 1918” yubiley medalı, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi” medalı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

YAP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, 4 övladı var.

 

Hüseynov Rafil

14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.


15.08.1969-05.02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977-25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980-03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981-22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988-30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990-23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991-05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991-10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992-18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,18.12.1992-04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996-10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998-23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003-05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006- 03.02.2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 03.02.2007- 13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007-04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007-31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009-04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010-14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.

Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı, bir qızı iki oğlu var

Hazırladı: Zahir Əmənov

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter