• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Zahir Amanaov


Ərkivanın bələdiyyə sədri məlumat verməkdən niyə qorxur?
Azərbaycan qanunları Ərkivan bələdiyyə sədrinə də aiddirmi, ya onun öz “qanunları” var?
Anar Rəcəbov Ərkivan qəsəbəsinə bələdiyyə sədri seçiləndə bunu məmnunluqla qarşılayan az olmadı. Fikirləşdilər ki, cavan, normal savada malik bir oğlandır, məktəb illərində, necə deyərlər, ictimai işlərdə çalışan şagirdlərdən biri olub. Lakin qısa müddətdə bəlli oldu ki, Anar Rəcəbov torpaq satmaqdan, yalan danışmaqdan çəkinmir, hər şeyi xəlvətdə görməyə çox maraqlıdır. Arkivan.Az saytına münasibətdə isə Anar Rəcəbovun siması tam açıldı. Min əziyyətlə yaradılmış bu saytın yaşaması üçün bir illik bir neçə yüz manat lazım idi. Və bu xərci qarşılamağı da Anar bəydən xahiş etdik. O da həvəslə razılaşdı və 2 ay müddətində utanıb-qızarmadan özündən ən azı 2 dəfə yaşlı adamları aldatdı, heç telefon zənglərinə cavab vermədi və nəticədə qəsəbənin elektron salnaməsi olan sayt bağlandı.
Bəlli oldu ki, bu qədim qəsəbənin tarixi, mədəniyyəti, təhsili onun üçün sıfıra barabərdir.

Bələdiyyə sədri Anar Rəcəbov, görəsən, buna görə utanıb xəcalət çəkdimi?. Doğrudanmı, 16 minlik əhalisi olan bir qəsəbənin bələdiyyəsi o qədər kasıb və imkansızdır ki, bir saytın illik yaşaması üçün 2 yüz manatı tapmır?
Bütün bunlara aydınlıq gətirmək üçün biz bələdiyyə sədrinə aşağıdakı məzmunda ilkin sorğu göndərdik:
1. 2016-ci ildə və bu ilin 3 ayında Ərkivan qəsəbəsinin qazancı nə qədər olub?
a) neçə hektar torpaq sahəsi icarəyə verilib və hər hektar üçün nə qədər pul alınıb? (adlı siyahı)
b) neçə nəfərə həyətyanı torpaq sahəsi verilib? (adlı siyahı: kimə verilib, neçəyə satılıb, hərrac nə vaxt olub?)
c) rüblük və illik hesabatlar nə vaxt, harada keçirilib və seçicilər bu barədə necə məlumatlandırılıb?
d) nə qədər vergi yığılıb (aylar üzrə)?
2. Bələdiyyənin qazandığı pullar necə xərclənib?
a) neçə kilometr yolda abadlıq işləri aparılıb. Qəsəbədaxili yollara neçə maşın qum tökülüb və bir maşın quma neçə manat xərclənib?
3. Ərkivan bələdiyyəsi hansı tədbirlər keçirib və hər tədbirə nə qədər pul xərclənib? (detallarla)
4. Bələdiyyə təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə hansı işlər görüb?
Doğrudan da, bələdiyyə sədri təmiz adamdırsa, imkansızdırsa, buyursun, sualları cavablandırsın, bilək “yağ” haradadır, “şor” harada. Biz də mümkünsüzü tələb etdiyimiz üçün ondan çoxlu-çoxlu üzr istəyik.
Lakin sorğumuzun göndərilməsindən 20 gündən artıq müddət keçsə də (qanuni müddət 7 gündür), Anar bəyin suallarımızı cavablandırmağa qüdrəti və mərdliyi çatmır. Yəni, sorğumuzu cavablandırmır.
Biz bu barədə onun yaxınlarını, dostlarını da xəbərdar etdik. Bildirdik ki, biz ondan nə pul, nə ev yeri, nə dükan yeri istəmirik. Heç onunla mübarizə aparmaq fikrimiz də yoxdur. Çünki o, belə işlər üçün çox balaca və cılızdır.
Bəlli oldu ki, nəinki yaxınları, seçiciləri, hətta bələdiyyə üzvləri onun əməllərindən xəbərsizdir. O, mövcud qanunların ziddinə olaraq hər şeyi qapalı edir. Bələdiyyə sədri nəinki rüblük, heç illik hesabatlarla seçicilərin qarşısında çıxış etmir, hətta bələdiyyə üzvlərini yaxına qoymayan bələdiyyə sədri bir-iki işbazın əlində alətə çevrilib. Onun barəsində şikayətlər bitib-tükənmir. İnternet aləmində onun ad və soyadını ötəri yazmaq kifayətdir ki, Anar bəyin saxtakarlığı ilə bağlı videolar, tənqidi yazılar sel kimi gəlsin.
Əgər şayiələrə inansaq, onun xeyir-duası ilə Ərkivanda, xüsusən, Bədirli məhəlləsində 20 hektardan artıq payıbəlli torpaq sahəsi talan edilib. Onlarla şəxsə satılan həyətyanı torpaq sahələrinin pulu necə xərclənir, bilinmir. (Bu torpaqların hər birinin rəsmi qiyməti təxminən 1000, qeyri - rəsmi qiyməti 4-5 min manatdır). Hələ deyilənlərə görə, adı ərkivanlı olsa da, torpaqlar digər rayonların sakinlərinə verilir. Digır şayiələrə görə, Ərkivan bələdiyyəsi təkcə ötən il 40 min manat qazanc əldə edib.
Anar bəy aşkarlıqdan qorxur, çünki saxtakarlıqlarının ifşası qapı ağzındadır.
Anar bəy bir neçə nəfər ərkivanlını məhkəməyə verib, şərəf və ləyaqətinin təhqir olunduğunu deyərək, onlardan 30 min manat tələb edir. Bəs özü ölkə başçısının “İnformasiya əldə etmək haqqında” qanununa açıq saymazlıq göstərməklə bilirmi ki, hansı şərəf və ləyaqət nümunəsi göstərir? Yəqin ki, məhkəmə qarşısında o, bunların cavabını verəcək.
Daha bir maraqlı məlumat. Ərkivan qəsəbəsindən bir qrup narazı şəxs Anar Rəcəbovun hərbi xidmətdən qanunsuz saxlanılmasından şübhələnərək sorğu veriblər. Respublika Hərbi Prokurorluğuna rəsmi şikayətdən sonra aparılan araşdırma zamanı Anar Rəcəbovun hərbi xidmətə yararlı olduğu təsdiqlənib və ona 2017-ci ilin yanvarında hərbi xidmətə getmək üçün çağırış vərəqəsi göndərilib. Bundan sonra ildırım sürəti ilə övladlığa uşaq götürmək kampaniyası keçirilib. 2 övladı olduğu halda ona qohumunun 1 uşağı da övladlığa verilib. Başqaları üçün bir neçə aya başa gələn bu proses Anar bəy üçün qısa müddətdə yekunlaşıb. Beləliklə, öhdəsində 3 azyaşlı uşaq olduğu üçün ona möhlət hüquq verilib. Bu barədə sövdələşmələrə dair bir sıra digər sübutlar da var. Həmin işlərin ucun tutub ucuzluğa getsək ortaya daha maraqlı rəsmilərin rüşvət olayları çıxacaq.
Qəribə suallar doğur - bu adamın sağlamlığında belə ciddi qüsur var idisə, o, sürücülük vəsiqəsini necə alıb, ali məktəbə sənəd verəndə, bələdiyyə üzvlüyünə namizədliyini irəli sürəndə hansı sağlamlıq kağızı ilə “silahlanıb”? Bütün bunlar şər-böhtandırsa, onu mətbuatda yayanları niyə məhkəməyə vermir? Onu da bildirək ki, bu saxtakarlıq aşkarlanandan sonra Anar Rəcəbov 2 övladı olduğu halda təcili qohumunun bir uşağını da övladlığa götürüb ki, 3-cü uşağa görə hərbi xidmətə getməsin. İndi bu adam gənclərə hərbi vətənpərvərlikdən nə danışacaq ki, onlar da inansın.
Yazdıqlarımız bu barədə son deyil. Ərkivan torpaqlarının nəinki üstünün, hətta “altının” talan edilməsindəki utanc gətirən saxtakarlıqlara qədər hər şeyi oxuculara təqdim edəcəyik.
Bələdiyyə sədrinə ünvanladığımız sualları isə hüquqi yolla, Şirvan İzibati-İqtisad Məhkəməsi vasitəsi ilə məcburi qaydada alacağıq. (Məlumat üçün bildirək ki, informasiya sorğumuza cavab vermədiyi üçün onunla bağlı sənədlər Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilib. Həmin iddia ərizəsinin tam mətni ilə yaxın günlərdə cenubxeberleri.com saytında tanış ola bilərsiniz. Əgər digər maraqlı şəxslər də bələdiyyələrdən məlumat ala bilmirlərsə, bu formadan faydalana bilər).
Rəy yaz
  1. Our firm supposes all risks as well as bears max task for the results as well as premium of work to the client Inner parts renovators NY. The appearance of both non commercial as well as commercial buildings is actually of great significance. For the structure to preserve its eye-catching appearance and operational features, it is needed to regularly perform Premium improvement new york. The business delivers a high qualified level helpful in repairing the look of structures. NYC customers may utilize our services if they need to have to recoup: Residential buildings of different floors and year of building and construction; Office facilities; Shopping and also amusement complexes; Business centers; Health care locations and various other social buildings. destination; General Contractor ; Industrial structures. The facility as well as the procedure for performing job are actually calculated only after the inspection of the things. Our specialist leaves for the location. It gathers the optimum information regarding the property: the features of the materials where the walls, load-bearing structures, the structure, the variety of stories of the property, the circumstances of the facade are erected. Based upon the results of the relevant information collected, the optimum technology is actually picked, according to which Premium remodelling NY will ultimately be actually performed. We have actually been operating in the market of building and repair work for over 16 years, consequently we offer professional services for the restoration and repair of the fronts of properties for any sort of purpose. Staff members of the business have the appropriate approvals and permits to carry out renovation operate at any elevation. Our company prepare to execute fixings of buildings and also structures that are in any sort of shape at an ample time and also economical costs. It guarantees skilled and also expert fulfillment of its task, accomplishes the building of each objective observing the desires of the customer, complying with the concept of an individual technique.




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 996

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter